Dərc edilib: 31-12-2022

https://www.nuh.az/33418-.html

XVI Benedikt vəfat etdi

31.12.2022 14:22:28

LIVE

Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidmətinin nümayəndəsi məlumat verib.
 
Xatırladaq ki, almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib. O, qeyri-adi addım ataraq 2013-cü ildə taxt-tacdan əl çəkdikdən sonra "Təqaüddə olan pontifik” titulunu alıb. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib.
XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib