Dərc edilib: 01-01-2023

https://www.nuh.az/33425-.html

Lukaşenko jurnalistlərə dovşan hədiyyə etdi – VİDEO

01.01.2023 11:14:50

LIVE

Belarus prezidenti Aleksandr Lukaşenko teleaparıcılara dovşanlar hədiyyə edib.

Maraqlı hadisə “Belarus 1” telekanalının efirində yaşanıb.

Dövlət başçısı “Sabahın xeyir, Belarus!” verilişinin aparıcılarını sevindirib.

Jurnalistlər çoxlu dovşan və quşların, o cümlədən Belarus üçün ekzotik olan dəvəquşuların yaşadığı prezidentin həyətinə baş çəkiblər.

Verilişin aparıcıları fermada ətraflı ekskursiya edib, onlara heyvanların necə saxlanılması və dövlət başçısının bu işdə hansı rolu oynaması barədə məlumat verilib.

Sonda Lukaşenko ilə söhbətləşən aparıcıların hər biri ondan 2023-cü ilin rəmzi sayılan dövşanı hədiyyə olaraq qəbul ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib