Dərc edilib: 01-01-2023

https://www.nuh.az/33429-.html

Bakıda 5 nəfərin ölümünə səbəb olan DƏHŞƏT - VİDEO

01.01.2023 22:04:08

LIVE

Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza nəticəsində 5 nəfər həlak olub.
 
 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.
Faktla Cinayət Məcəlləsinin yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib