Dərc edilib: 04-01-2023

https://www.nuh.az/33454-.html

Ərdoğanın Nobelə namizədliyini bu ölkə irəli sürdü

04.01.2023 21:54:00

LIVE
Pakistan Senatı və Pakistan xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani bildirib.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyə layiq görülüb.
Pakistan Senatının sədri deyib ki, Prezident Ərdoğan tək başına qlobal fəlakətin qarşısını alıb. Onun sözlərinə görə, Ərdoğan "Taxıl dəhlizi” anlaşması ilə bölgəni amansız aclıq təhlükəsindən xilas edilib.  
"Türkiyə Prezidenti bölgənin və dünyanın yaxşılığı və rifahı üçün çalışan xalq lideridir" - Senat sədri vurğulayıb.
Sancrani qeyd edib ki, Türkiyə lideri əməli fəaliyyəti ilə insanlığa sülh, tolerantlıq və sevgi hisslərini tərənnüm edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib