Dərc edilib: 05-01-2023

https://www.nuh.az/33456-.html

Xameneyi : qadınlar hicabsız gəzə və işləyə biləcəklər - 43 ildə ilk dəfə

05.01.2023 08:07:41

LIVE

Tehrandakı molla rejiminin siyasi rəhbəri ilk dəfə olaraq İranda qadınların hicabsız yaşaya və gəzib - dolaşa biləcəklərini açıq şəkildə ifadə edib.

Ayətullah Xameneyinin 4 yanvar tarixli çıxışından sitat:

"Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şək və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riyayət edilməlidir. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz"...

Musavat.com bildirir ki, bu İranda son zamanlar heç dayanmayan iğtişaşların qarşısında molla rejiminin geri addım atmasının ifadəsidir.

İndiyə qədər İran ərazisində yaşayan və bu ölkəyə hər hansı səbəbdən gələn bütün qadınlara hicab taxmaq məcburi idi.

Hətta Avropadan, ABŞ -dan İrana gələn qadın siyasətçilər, dövlət xadimləri, jurnalistlər, yazarlar da məcburi hicab taxırdılar. Bu məcburiyyət absurda qədər gəlib çatmışdı: hicabı yarımçıq taxdığına görə İranın "əxlaq polisi" adlı qurumu qadınları şallaqlayır, küçənin ortasındaca döyür, polis idarəsinə aparıb, onlara işgəncə verirdi. Elə son iğtişaşlara səbəb olan Məhsa Əmininin polis idarəsində döyülərək, öldürülməsi də dediklərimizə sübutdur. 23 yaşlı gənc qızın yalnız bir günahı vardı: "hicabını düzgün taxmamışdı". Buna görə "əxlaq polisləri" onu küçədən polis idarəsinə aparmış, orada da döyərək, öldürmüşdülər. İğtişaşların gedişində mollakratiya geri addım atdı - "əxlaq polisi"ni ləğv etdi. İndi isə İranın dini - siyasi rəhbəri sensasiya sayıla biləcək addımı atdı: İranda hicab taxmayan qadınlar dinsiz sayılmayacaq, "inqilabın" düşməni hesab olunmayacaq. Bu 43 illik mövcudluğu dönəmində İrandakı sərt molla rejiminin xalq qarşısında ən böyük güzəşti, geriləməsi hesab oluna bilər.

İran rejimi islam ekspansiyasını bizim ölkəmizə həm də "hicab azadlığı" adı ilə yeritməyə çalışırdı. Dəfələrlə Bakıda "hicab aksiyası" keçirən irançı zehniyyətin tərəfdarları yəqin ki, rəhbərlərinin bu addımından şokdadırlar. Çünki Azərbaycanda istədikləri "hicab azadlığı" İranda verildi! Artıq İranda kim istəsə, hicabsız gəzə biləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib