Dərc edilib: 05-01-2023

https://www.nuh.az/33459-.html

ABŞ-da dəfn bürosunun müdiri və qızı 20 il həbs edildi – 560 meyit....

05.01.2023 11:56:40

LIVE

ABŞ-ın Kolorado ştatındakı Sunset Mesa dəfn evinin sahibləri 46 yaşlı Meqan Hess və onun 69 yaşlı anası Şirli Kox ölmüş insanların orqanlarını satdıqları üçün müvafiq olaraq 20 və 15 il həbs cəzasına məhkum ediliblər.  

Qaynarinfo Rosbalt-a istinadla xəbər  verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
İş materiallarına görə, 2010-cu ildən 2018-ci ilə qədər qadınlar mərhumun yaxınlarının razılığı olmadan bir neçə yüz meyiti parçalayaraq, hissələrini satıblar. Hess, cənazə evindən əlavə, Donor Services adlı bir təşkilata rəhbərlik edib, onun vasitəsilə bədən hissələrini elm və təhsildə istifadə üçün qanunsuz olaraq satıb. Xüsusilə, Hess və Kox elmdə istifadə etmək üçün başları, qolları və onurğalarını satıblar.
Ümumilikdə 560 meyiti hissələrə bölüblər, bəzən yaxınlarından orqanların istifadəsinə razı olub-olmadıqlarını soruşmadan, bəzən hətta birbaşa rədd cavabı alıblar. Şirkət icra etmədiyi kremasiyalara görə müştərilərdən 1000 dollara qədər pul tələb edib və 200-dən çox ailə başqalarının qalıqları ilə qarışdırılmış yaxınlarının külünü alıb.
Eyni zamanda, Ədliyyə Nazirliyi bildirir ki, təqsirləndirilən şəxslər təkcə mərhumun yaxınlarını deyil, alıcıları da aldadıblar - məsələn, müəyyən orqanların İİV və ya B və C hepatitləri olan insanlara məxsus olduğunu onlardan gizlədiblər.
Hər iki qadın dələduzluqda təqsirli bilinib. Eyni zamanda, Hess məhkəmədə danışmaqdan imtina edib, anası isə peşman olub və əməllərinə görə məsuliyyət daşımağa hazır olduğunu bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib