Dərc edilib: 05-01-2023

https://www.nuh.az/33465-.html

“İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbəri dəyişib

05.01.2023 23:32:41

Dünya

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov vəzifəsindən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feybsukda bildirib.

 “Düz 10 illik uzun və maraqlı İçərişəhər səyahətim, nəhayət ki, bu gün bitir”, - o yazıb.

Qeyd edək ki, bu vəzifəyə İntiqam Babayev gətirilib. O, son olaraq Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ. Babayev daha öncə 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib