Dərc edilib: 06-01-2023

https://www.nuh.az/33472-.html

Nazirdən rüşvətə görə işdən çıxarılan direktorun yerinə təyinat

06.01.2023 12:36:56

Hadisə

Sumqayıt şəhərində 32 nömrəli məktəbə yeni direktor təyin olunub.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Fəzilə Mahmudova 32 nömrəli məktəbin direktoru təyin edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbul müsahibəsi Elm və Təhsil Nazirlyi tərəfindən həyata keçirilir. Qeyd olunub ki, Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq Elm və Təhsil Nazirinin müvafiq əmri ilə direktor təyin olunub.
Xatırladaq ki, ötən ilin sentyabr ayında adıçəkilən məktəbin direktor əvəzi Esmira İbrahimova müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısına görə işdən çıxarılıb.//Unikal.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib