Dərc edilib: 06-01-2023

https://www.nuh.az/33474-.html

Dağıstan hökumətinin keçmiş rəhbərini ÖLDÜRDÜLƏR

06.01.2023 12:42:38

LIVE

Dağıstan hökumətinin keçmiş sədri Maqomed Abdulayev Mahaçqalada qəza nəticəsində dünyasını dəyişib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdarədən bildirilib ki, hadisə ötən gecə baş verib. Qızılyurt sakini "VAZ-21214” markalı avtomobillə yolu keçən piyadanı piyada keçidindən kənarda vurub.
Nəticədə piyada, 61 yaşlı yerli sakin xəstəxanaya yerləşdirilib. Lakin o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Agentlik qeyd edir ki, mövcud məlumata görə, ölən Dağıstan Respublikası hökumətinin keçmiş sədri Abdulayev Maqomed İmranoviçdir. Maqomed Abdulayev 2010-2013-cü illərdə Dağıstan hökumətinə rəhbərlik edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib