Dərc edilib: 07-01-2023

https://www.nuh.az/33493-.html

Şagird müəllimini GÜLLƏLƏDİ - ŞOK

07.01.2023 21:01:56

LIVE

ABŞ-nin Virciniya ştatının Nyuport Nyus şəhərində məktəbdə müəllimini tapança ilə vuraraq yaralayan 6 yaşlı şagird polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin “Richneck” ibtidai məktəbində baş verdiyini bildirib.

Güllələnən müəllimin xəstəxanaya aparıldığı və həyatının təhlükədə olduğu, hadisə zamanı şagirdin xəsarət almadığı qeyd olunub.

 

Uşağın silahı necə əldə etdiyi haqda hələlik məlumat verilməyib.

Yerli mediada güllələnən müəllimin 30 yaşlarında bir qadın olduğu bildirilir.

CNN-in məlumatına görə, polis rəisi Steve Drev keçirdiyi mətbuat konfransında bildirib ki, şagird müəllimini “təsadüfən” vurmayıb, mübahisə zamanı ona atəş açıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib