Dərc edilib: 07-01-2023

https://www.nuh.az/33502-.html

Günay Məmmədzadə Çində mübarizə aparacaq

07.01.2023 23:53:14

LIVE

Bu gün Çində “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirinə start veriləcək.

“Report” xəbər verir ki, sürətli şahmat üzrə təşkil olunan yarış dairəvi sistemlə keçiriləcək.

Ümumilikdə turnirdə 7 ölkədən 12 şahmatçı mübarizə aparacaq. Azərbaycanı yarışda milli komandanın lideri Günay Məmmədzadə təmsil edəcək.

Çin yarışında Günay Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı Çin) çıxış edəcəklər.

Turnirin qalibləri yanvarın 8-də məlum olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib