Dərc edilib: 08-01-2023

https://www.nuh.az/33504-.html

Yevlaxda sabiq polis əməkdaşı qətlə yetirildi

08.01.2023 10:30:08

LIVE

Yevlaxda sabiq polis əməkdaşı qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə gecə saatlarında rayonun Çənlibel qəsəbəsində baş verib. Belə ki, 38 yaşlı qəsəbə sakini Ramil Məmmədov münaqişə zəminində həmyerlisi Anar Sadıqovu bıçaqla qətlə yetirib.

 

R.Məmmədov Yevlax RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, qətlə yetirilən A.Sadıqov əvvəllər polis əməkdaşı olub. O, bir müddət əvvəl xidmətdə yol verdiyi nöqsanlara görə, mənfi motivlərlə daxili işlər orqanlarından xaric olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib