Dərc edilib: 08-01-2023

https://www.nuh.az/33507-.html

Şirvanda hasar uçub, ölənlər var

08.01.2023 11:17:31

LIVE

Şirvanda üstünə hasar aşan sakin ölüb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb.

Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib