Dərc edilib: 08-01-2023

https://www.nuh.az/33510-.html

Sumqayıtda sürücülər sözləşərək xətdə çıxmadı: Sərnişinlər saatlarla yolda qaldılar - VİDEO

08.01.2023 11:57:33

LIVE

Sumqayıtda 10A saylı marşrutun bütün sürücüləri sözləşərək səhər saatlarından xəttə çıxmayıblar. Sakinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalıblar.

Ümumilikdə xətt üzrə 30 sürücü var ki, onlardan 14-ü bu gün işə çıxmalıymış. Lakin gündəlik planın çox olmasını səbəb gətirən sürücülər öz aralarında sözləşərək xətdə çıxmaqdan imtina ediblər.

Mövcud məsələ ilə bağlı avtobuslara cavabdehlik daşıyan Sumqayıt Nəqliyyat- 1 MMC-nin qaraj rəisi Sirac Səfərov Baku TV-yə bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edib görüş keçiriblər.

Qərara alınıb ki, gündəlik hasilat planına güzəşt edilsin.

Daha ətraflı süjetdə:

NUH informasiya agentliyi səhifəsindən çap edilib