Dərc edilib: 08-01-2023

https://www.nuh.az/33523-.html

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri saxlanılıb

08.01.2023 17:50:37

LIVE

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb. Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişini, İsmayıllı rayon sakinləri - Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib