Dərc edilib: 09-01-2023

https://www.nuh.az/33530-.html

Şirvanşahların Nardaranda yerləşən yay iqamətgahından FOTOREPORTAJ

09.01.2023 07:55:37

LIVE
XV əsrin əvvəllərində Şirvanşah I İbrahim Xəlilullahın (1382-1417) sifarişi ilə Bakının Nardaran kəndində Xan bağı köşkü (Şirvanşahların yay iqamətgahı) inşa olunub.
Kənd ağsaqqalları iqamətgaha "qənədxuna” da deyirdilər.
 
Qənədxuna tat dilindən tərcümədə yan ev deməkdir. Bu da ərazidə bundan başqa da tarixi tikililərin olduğunu sübut edir.
Kənd əhalisinin "Xan bağı” adlandırdığı bu tikilinin daş kitabəsi itdiyinə görə onun memarı haqda məlumat yoxdur. Yalnız tarixi mənbələrdəki faktlar əsasında məlum olur ki, Xan Bağı Köşkünün inşa edilməsi barədə Şirvanşah I İbrahim Xəlilullah əmr verib.
PhotoStock.az-ın həmin iqamətgahdan hazırladığı süjeti təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib