Dərc edilib: 09-01-2023

https://www.nuh.az/33533-.html

Balakəndə yanğın, 300-dən çox CÜCƏ YANDI

09.01.2023 08:21:32

LIVE

Balakəndə tövlə yanıb, 300-dən çox cücə yanaraq tələf olub.

"Qafqazinfo"nun məlumatına görə, yanğın rayonun Gərəkli kənd sakini 1969-cu il təvəllüdlü İsmayılov Rauf Abdulsəməd oğluna məxsus mal tövləsində baş verib.

Yanğın yerinə Balakən rayon YMH-nin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 90kv metr olan mal tövləsinin 50kv metr sahəsi və içərisində olan 300 ədəd xırda cücə yanaraq tələf olub.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının səbəbi araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib