Dərc edilib: 09-01-2023

https://www.nuh.az/33535-.html

İki polisimiz faciəvi şəkildə öldü

09.01.2023 11:28:44

LIVE

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

 

  DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib. Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib