Dərc edilib: 10-01-2023

https://www.nuh.az/33546-.html

İran Prezidentinin qızı həbs edildi

10.01.2023 08:42:24

LIVE

İranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, ictimai fəal Faizə Haşimi 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, o, hökumət əleyhinə etirazlardakı mövqeyinə görə həbs olunub.

Onun vəkili Nida Şəms bildirib ki, Faizə Haşimi hökumət əleyhinə etirazları qızışdırdığı üçün saxlanılıb.

Qeyd edək ki, Rəfsəncani 2017-ci il yanvarın 8-də 82 yaşında ürək xəstəliyindən vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib