Dərc edilib: 10-01-2023

https://www.nuh.az/33547-.html

Londonda “Şalvarsız gün” - Hamı şalvarını soyundu- Fotolar

10.01.2023 08:50:03

LIVE

Böyük Britaniyada “No Trousers Day” yəni, “Şalvarsız gün” qeyd edilib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, London metrosu sərnişinləri həmin gün münasibətilə metrodan şalvarsız şəkildə istifadə ediblər.

20 ildir ki, qeyd olunan gündə insanlar şalvar və ya ətək yerinə alt paltarları ilə metroya daxil olmağı üstün tuturlar.

Hətta bir çox turist də “Şalvarsız gün” də iştirak etmək üçün London metrosundan istifadə edib.

Qeyd edək ki, 2020-ci ildən baş verən pandemiya səbibilə 2 ildir ki, “Şalvarsız gün” qeyd olunmurdu.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib