Dərc edilib: 10-01-2023

https://www.nuh.az/33561-.html

Zakir Fərəcov ətrafında araşdırma başlayıb

10.01.2023 20:45:39

LIVE

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının başçıları ilə bağlı aparılan antikorrupsiya əməliyyatlarından  nəticə çıxarmayanlar da var.  Belə icra başçılarından biri də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

araz.az qeyd edir ki, bu barədə Gununsesi.info-ya Sumqayıtdan seçilən deputatlardan biri bildirib.
Adının çəkilməsini istəməyən deputatın sözlərinə görə, icra başçısından vətəndaş narazılığını əks etdirən şikayətlər onlara da daxil olur.
Millət vəkili deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib