Dərc edilib: 10-01-2023

https://www.nuh.az/33564-.html

SON DƏQİQƏ! Bu gün Naxçıvan Ali Məclisi BIRAXIR... VİDEO

10.01.2023 22:27:05

LIVE

Bu gün  – 10 yanvar saat 11:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası çağırılacaq. Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefasından sonra baş verən hadisələr sessiya ilə bağlı bir sıra suallar yaradır.

Maraqlıdır, sessiyada nələr olacaq? Vasif Talıbovun, oğlunun deputat səlahiyyətinə xitam verilə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Vasif Talıbovun, oğlunun deputat səlahiyyətinə xitam verilməsi mümkündür:

“Talıbovun istefasından sonra baş verən proseslər də bunu deməyə əsas verir. Sözün düzü, sessiyanın gündəliyi ilə bağlı dəqiq informasiyam yoxdur, lakin Naxçıvanda mütləq şəkildə dəyişikliklər olacaq.

Ümumiyyətlə, Talıbovun istefasının ardınca övladının deputat kimi saxlanması siyasi məntiqə sığmır. Hətta özlərinin müraciəti əsasında da nəsə ola bilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası nadir hallarda çağırılır. Hətta ildə bir-iki dəfə ancaq olur. Hər halda Naxçıvanda yeni bir dövr başlayır və burada Prezidentin səlahiyyətli nümayəndəsi kimi yeni bir institut yaradılıb”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası çağırılırsa, deməli, ciddi dəyişiklik olacaq:

“Hesab edirəm, öncədən nəsə demək doğru deyil, lakin onu demək olar ki, Talıbovun ardınca oğlunun da postunu itirməsi mümkündür. Naxçıvan ölkənin strateji bir nöqtəsidir və burada mərkəzi hakimiyyətin pərçimlənməsi hər şeydən vacibdir.

Hər halda Talıbovlar dövrü qürub edir. Sessiya da bunun göstəricisidir”.

Globalinfo.az-a daxil olan son dəqiqə məlumatına görə, bu gün Naxçıvan Ali Məclisi tam tərkibdə buraxıla bilər. Muxtar Respublikada Prezidentin xüsusi nümayəndəlik institutu yaradıldıqdan sonra Ali Məclisin buraxılacağı ehtimalı səsləndirilirdi. Hər halda bir neçə saat sonra hər şey aydın olacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib