Dərc edilib: 11-01-2023

https://www.nuh.az/33574-.html

Məktəb direktoru ƏliDURSUN İsayevin ŞOK VİDEO-su yayıldı

11.01.2023 16:48:24

LIVE

 

Azərbaycan Elm və Təhsil Nazirliyi İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev ilə bağlı "Tik-Tok”-da yayılan videoya aydınlıq gətirib.
 
Nazirliyin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məlum video ilə bağlı araşdırma aparılır: "Regional təhsil idarəsinə məlumat vermişik, məsələni araşdırsın və nazirliyə məlumat versin. Bu şantaj xarakterli də ola bilər”. 
Qeyd edək ki, İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevin "Tik Tok”da  videosu yayılıb. Videoda Ə. İsayev yorğan-döşək  yığılan çarpayının üzərinə çıxaraq qəribə hərəkətlər edib. Direktorun bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib