Dərc edilib: 11-01-2023

https://www.nuh.az/33576-.html

Ötən il neçə məktəbdə TUALET yenilənib?

11.01.2023 22:08:11

LIVE

2022-ci ildə ümumilikdə 1107 məktəbin sanitar qovşaqları yenilənib və ya əsaslı təmir edilib. 

Bu barədə "Qafqazinfo"ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 Bildirilib ki, ötən təqvim ili ərzində 769 məktəb (682-si cari, 87-si əsaslı) cari və ya əsaslı təmir olunub. Respublika üzrə 262 məktəbin sanitar qovşağı yenilənib və ya təmir edilib, 76 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.

Həmçinin, 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib