Dərc edilib: 12-01-2023

https://www.nuh.az/33580-.html

Nazarbayev daha ELBAŞI deyil

12.01.2023 08:36:00

LIVE

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (elbası) elan edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında” qanunun etibarsız sayılması barədə qərar çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC” məhkəmənin qərarına istinadən məlumat yayıb.

 “Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qüvvədən düşmüş hesab edilir”, - sənəddə qeyd edilib.

Qeyd edək ki, Nazarbayev Qazaxıstana 30 ilə yaxın rəhbərlik edib və 2019-cu ilin martında bu vəzifəni tərk edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib