Dərc edilib: 13-01-2023

https://www.nuh.az/33595-.html

Nazir generalı yeni vəzifəyə təyin etdi

13.01.2023 18:02:09

LIVE

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

NUH.az   xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov gətirilib.

Qeyd edək ki, S.Səfərov buna qədər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əvvəlki rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

Xəbəri ilk olaraq APA yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib