Dərc edilib: 13-01-2023

https://www.nuh.az/33596-.html

Çexiyada prezident seçkiləri keçirilir

13.01.2023 21:41:38

LIVE

Çexiyada 8 milyon 275 minə yaxın seçici ölkənin yeni prezidentini müəyyən etmək üçün səs verməyə başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 10 milyon 700 min əhalisi olan Çexiyada seçicilər bu gün və sabah səs verə biləcəklər.

Bu gün yerli vaxtla 14.00-22.00, sabah isə 08.00-14.00 arasında açıq olacaq sandıq başına gedəcək seçicilər 1-i qadın, 7-si kişi olmaqla 8 namizəd arasından seçim edəcək.

Qeyd edək ki, Çexiyada seçkilərdə qalib gələcək namizəd xalq tərəfindən seçilən 4-cü prezident olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib