Dərc edilib: 14-01-2023

https://www.nuh.az/33599-.html

Azərbaycanda icra başçısı vəfat etdi

14.01.2023 12:22:52

LIVE

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Rəcəbov vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.
 
Qeyd edək ki, Mübariz Kərim oğlu Rəcəbov 1993-cü il avqustun 9-dan 1999-cu il dekabrın 13-dək Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
O, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı rayonun ərazisində vətəndaşların seçki hüquqlarının pozulmasına yol verilməsi və seçki prosesinə müdaxilə üçün şərait yaratdığına görə icra başçısı vəzifəsindən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib