Dərc edilib: 14-01-2023

https://www.nuh.az/33602-.html

Cəfər Cabbarlının ev muzeyinin damını külək apardı - Fotolar

14.01.2023 13:43:17

LIVE

Şimal bölgəsində müşahidə olunan güclü külək Xızıda böyük dramaturq Cəfər Cabbarlının ev muzeyinin damının bir hissəsini uçurub.

 Yerli sakinlərin “Bizim.media”ya bildirdiyinə görə, hazırda muzey ciddi təhlükə altındadır. Təmirdən yeni çıxmış otaqlar və bəzi eksponatlar məhv olmaq təhlükəsi ilə üz-üzədir.

C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova da faktı təsdiqləyib. O bildirib ki, imdadlarına çatacaq bir şəxs yoxdur.

Qeyd edək ki, Şimal bölgəsində son günlər əsən güclü külək bir sıra ciddi fəsadlar törədib. İki gündə bu bölgədə yüzə yaxın yaşayış məskəni işıqsız qalıb. Hazırda müvafiq qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib