Dərc edilib: 14-01-2023

https://www.nuh.az/33609-.html

8 nəfəri ZORLAMAQDA ittiham olunan futbolçu bəraət aldı

14.01.2023 20:42:17

LIVE

"Mançester Siti”nin futbolçusu, zorlama ittihamı ilə həbs edilən Benyamin Mendinin işində yeni irəliləyişlər var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sports"da məlumat yer alıb. Xəbərə görə Mendi ittiham olunduğu 8 zorlama iddiasından 6-sından və 1 cinsi təcavüz ittihamından yekdilliklə bəraət qazanıb.
Çester Kral Məhkəməsində davam edən proses zamanı nəzarətə götürülən 28 yaşlı futbolçu qərarlardan sonra göz yaşlarını saxlaya bilməyib. Mendi ona yönələn bütün ittihamları rədd edib.
Məhkəmə, 6 ittiham üzrə bəraət qazanan futbolçu ilə bağlı qalan 2 şikayəti də araşdırmağa davam edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib