Dərc edilib: 15-01-2023

https://www.nuh.az/33613-.html

Dneprə hücum nəticəsində ölənlərin sayı artdı - Dəhşətli fotolar

15.01.2023 12:14:20

Reportaj

Dünən axşam saatlarında Rusiya ordusu Ukraynanın Dnepr bölgəsinə raket hücumu həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Açıqlamada hücumda 9 mərtəbəli bir mənzildə ağır dağıntıların olduğu, biri uşaq olmaqla 12 nəfərin öldüyü bildirilib.

Raket hücumu nəticəsində 73 nəfərin yaralandığı, dağıntılar altındakı ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Yaralanan mülki vətəndaşlardan 14-nün uşaq olduğu paylaşılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu terror kimi qiymətləndirib.

***

Ukraynanın Dnepr şəhərinə edilən raket hücumunda ölənlərin sayı artıb.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağılmış hündürmərtəbəli binadan 38 nəfər, o cümlədən 6 uşaq xilas edilib. Dağıntılar altında biri uşaq olmaqla 18 nəfər ölüb, 14-ü uşaq olmaqla 73 nəfər yaralanıb.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib