Dərc edilib: 15-01-2023

https://www.nuh.az/33616-.html

Vaxtanq Kikabidze vəfat etdi

15.01.2023 19:12:14

LIVE

Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze 84 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Onun bir müddət əvvəl ağır xəstə olduğu qeyd edilir.

Qeyd edək ki, Kikabidze daha çox pilot Valentin Mizandari rolunu oynadığı “Mimino”  və Kikabidzenin Kartaxena Beynəlxalq Film Festivalında ən yaxşı aktyor mükafatını aldığı Corc Daneliyanın “Ağlama!” filmi ilə tanınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib