Dərc edilib: 16-01-2023

https://www.nuh.az/33626-.html

Tofiq Yaqublunun oğluna medal verildi - Foto

16.01.2023 17:13:52

LIVE

Hazırda inzibati həbsdə olan “Müsavat” partiyasının tanınmış üzvü Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

NUH.az     xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi feysbuk səhifəsində məlumat verib.

Nigar Həzi bildirib ki, qardaşı hazırda Amerikada yaşadığından Baş nazir Əli Əsədovun imzası ilə verilən medal və medalın vəsiqəsi ona təqdim edilib.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib