Dərc edilib: 17-01-2023

https://www.nuh.az/33636-.html

Naxçıvanın yeni fövqəlnaziri Şahin Mirzəyev kimdir? - Foto

17.01.2023 15:51:29

LIVE

Polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, yeni nazir 1968-ci ildə Naxçıvanda anadan olub. Ş.Mirzəyev bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib