Dərc edilib: 17-01-2023

https://www.nuh.az/33637-.html

Ramiz Mehdiyevin general qohumu GETDİ (FOTO)

17.01.2023 16:39:12

LIVE

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevun tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

NUH.az   Modern.az-a istinadən xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsisinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib