Nə pul, nə 1 milyard, əə… Kim deyir bunu ?
Ötən gün mətbuatda Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, sözügedən xəbərdən bir sutkadan çox vaxt keçsə də, ittihamla bağlı nə Nazirlər Kabineti, nə də Yaqub Eyyubov tərəfindən bu rezonans doğuran məsələyə reaksiya bildirilib.
İlk baxışdan ölkə gündəminə bomba kimi düşən bu xəbərə heç bir rəsmi açıqlama verilməyib.
“Nə pul, nə 1 milyard… Kim deyir bunu?”.
Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması barədə faktlar illər öncə də yayılıb.