Dərc edilib: 18-01-2023

https://www.nuh.az/33646-.html

Bakıda tarix müəllimi 8 min qazandı - Pulu aztəminatlı ailənin.. Video

18.01.2023 15:48:45

LIVE

Bakının 219 saylı evdə təhsil tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılaraq 8 min manat qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, 12-ci suala qədər gəlib çıxan müəllim ona da düzgün cavab verməklə sözügedən məbləği əldə edib.

O, qazandığı pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini bildirib.

Qeyd edək ki, 12-ci sual “Hansı ixtiraçını “Menloparklı sehrbaz” adlandırırlar?” olub. O, auditoriyanın köməyi ilə suala düzgün cavab verib. Növbəti sual səslənsə də, S. Novruzova oyunu dayandırıb və qazandığı məbləğlə verilişdən gedib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib