Dərc edilib: 18-01-2023

https://www.nuh.az/33647-.html

Dünyanın ən yaşlı insanı vəfat etdi

18.01.2023 15:51:06

Maqazin

“Dünyanın ən yaşlı insanı” titulunu daşıyan 118 yaşlı fransız rahibə Lüsile Randon dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Randonun qaldığı Tulondakı qocalar evinin rəsmiləri məlumat veriblər.

Qeyd edək ki, Lüsile Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. Ötən il aprelin 25-dən etibarən dünyanın ən yaşlı insanı titulunu daşıyan Randon 2021-ci ilin əvvəlində Covid-19-a qalib gəlmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib