Dərc edilib: 19-01-2023

https://www.nuh.az/33652-.html

Partiya sədri Mövsüm Səmədov 12 ildən sonra azadlığa buraxıldı

19.01.2023 11:00:11

LIVE

İslam partiyasının sədri Mövsüm Səmədov azadlığa buraxılıb.

Bakupost.az xəbər verir ki, partiya sədrinin 12 illik həbs cəzası bitib və o, azadlığa çıxıb. Xatırladaq ki, M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası verilmişdi. Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhlum edilmişdi. Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib