Dərc edilib: 19-01-2023

https://www.nuh.az/33660-.html

20 Yanvar şəhidi İlhamın (Fərizə) qardaşı göz yaşı içində - VİDEO

19.01.2023 22:42:48

Hadisə

“Xırdalan qəbiristanlığına gəldik. Qəbirqazan yox idi, özümüz qazası olduq. Qəbir də qazılmırdı. Sanki torpaq da onların ölümünə heyifsilənirdi”.

Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişində 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.

Onun sözlərinə görə, Şəhidlər xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub.

“Dəfn vaxtı gəldi. Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun”, - deyə E. Allahverdiyev qeyd edib.

Daha ətraflı süjetdə:

NUH informasiya agentliyi səhifəsindən çap edilib