Dərc edilib: 20-01-2023

https://www.nuh.az/33663-.html

Yüksəkvəzifəli məmurlar xiyabanda... - Fotolar

20.01.2023 12:14:38

Günün sitatı

Qanlı Yanvar hadisələrindən 33 il ötür. 

Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

Bu gün səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır. 

Ziyarətçilər arasında yüksəkvəzifəli məmurlar da var. Bunlar arasında Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, XİN rəhbəri Ceyhun Bayramov, Dövlət Sərhəd Xidməti rəisi, general-polkovnik Elçin Quliyev, FHN rəhbəri, general-polkovnik Kəmaləddin Heydərov da yer alıb.

Fotolar: Müzəffər İsmayılov, Pərvin Zeynal

 










NUH informasiya agentliyi səhifəsindən çap edilib