Dərc edilib: 23-01-2023

https://www.nuh.az/33692-.html

Türkiyədə prezident seçkilərinin vaxtı dəqiqləşdi

23.01.2023 08:48:59

LIVE

Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada gənclərlə görüşü zamanı deyib.

“Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək sizlərlə, dəyərli gənclərimizlə, olmağımızı bizə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm. Sizin sayənizdə 40 ildən çox vaxt keçməsinə baxmayaraq keçmiş dönəmdəki həyacanı xatırlayır və eyni hissləri yenidən yaşayırıq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il iyunun 18-də keçirilməli idi. Ərdoğan daha əvvəlki açıqlamalarında seçkinin tarixinin önə çəkilə biləcəyini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib