Dərc edilib: 24-01-2023

https://www.nuh.az/33699-.html

Yararsız öskürək siropundan 300-ə yaxın insan öldü, çoxu uşaqlardır

24.01.2023 09:39:16

LIVE

Üç ölkədə 300-ə yaxın insan yararsız öskürək siropundan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilib:

"Son dörd ay ərzində ölkələr yüksək səviyyədə dietilen qlikol (DEG) və etilen qlikol (EG) ilə çirklənməsi təsdiqlənmiş və ya şübhəli bilinən uşaqlar üçün reseptsiz öskürək siroplarının satışının bir neçə halı barədə məlumat veriblər".

Qeyd olunub ki, bu maddələr sənayedə həlledici və antifriz kimi istifadə edilən zəhərli kimyəvi maddələrdir və az miqdarda olsa belə, insanlar üçün ölümcül ola bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib