Dərc edilib: 25-01-2023

https://www.nuh.az/33706-.html

Tövlədən tapılan rəsm əsərinə 3 milyon dollar qiymət qoyuldu – FOTO

25.01.2023 12:38:22

Mədəniyyət

ABŞ-da fermanın tövləsindən tapılan, toz basmış rəsm əsərinin məşhur rəssam Antoni van Deykin əl işi olduğu məlum olub.

Azpost.info xəbər verir ki, yağlı boya ilə çəkilən əsər Nyu-Yorka yaxın kəndlərdən birində aşkar edilib.

Rəsm əsəri ilk dəfə hərraca çıxarılarkən yerli kolleksiyaçı Albert B.Roberts onun Niderlandın “Qızıl dövrü”nə aid olduğunu ehtimal edib. Kolleksiyaçı onu cəmi 600 dollara satın alıb. Sonradan isə əsərin Antoni van Deykın şedevri olduğu üzə çıxıb və o, nə az, nə çox 3 milyon dollar dəyərində qiymətləndirilib.

Mütəxəssislərin fikrincə, rəssam bu əsəri karyerasının əvvəlində tamamlayıb. Rəsm əsərində üzü kölgədə gizlənən əyilmiş yaşlı kişi təsvir edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib