Dərc edilib: 26-01-2023

https://www.nuh.az/33712-.html

Gömrük Komitəsində xüsusi əməliyyat keçirilir - Yenilənir

26.01.2023 11:11:16

LIVE

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində əməliyyat keçirir.

"Qafqazinfo" xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"ya təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Məlumatı ilk olaraq "unikal" yayıb.

***

Oxu.az-ın məlumatına görə, əməliyyat tədbirləri ötən gündən başlayıb. İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib