Dərc edilib: 27-01-2023

https://www.nuh.az/33721-.html

Prezident səfirlikdəki hadisəni terror adlandırdı

27.01.2023 14:30:35

Siyasət

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror hadisəsi kimi qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı tviterdə paylaşım edib. 

“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Azərbaycan Prezidenti yazıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib