Dərc edilib: 27-01-2023

https://www.nuh.az/33723-.html

İranlı diplomatlar Bakıdakı səfirlikdən belə qaçdılar - VİDEO

27.01.2023 15:24:01

LIVE

Bu gün səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Bundan sonra günorta saatlarında İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən sənədlərlə birgə qaçıblar.

Musavat.com xəbər verir ki, bu barədə görüntüləri Baku TV yayıb.

İranın Azərbaycandakı səfirliyinin qarşısından birbaşa videobağlantısı zamanı səfirlikdən bir neçə şəxsin sənədlərlə birgə tələsik maşına minərək ərazidən uzaqlaşdığı görünür.

Xatırladaq ki, terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Ətraflı videonu təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib