Dərc edilib: 28-01-2023

https://www.nuh.az/33730-.html

İranda üsyan - Süfrələrimiz boşdur, Xameneyi canidir!

28.01.2023 12:16:24

LIVE

İranın Zahedan şəhərində əhali Xameneyiyə qarşı üsyana qalxıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, acınacaqlı vəziyyətdə yaşamaqdan bezmiş əhali genişmiqyaslı nümayiş keçirərək anti-rejim şüarları səsləndiriblər:

“Süfrələrimiz boşdur, Xameneyi canidir! Ölüm olsun Xameneyiyə!”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib