Dərc edilib: 29-01-2023

https://www.nuh.az/33737-.html

Azadlıq Partiyasının İranla bağlı Bəyanatı

29.01.2023 11:43:01

Cəmiyyət

Azadlıq Partiyasının İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı Bəyanatı

İran rəsmilərinin, din xadimlərinin, ordu rəhbərlərinin Azərbaycan dövlətinə qarşı uzun müddət davam edən təhdid, hədə, şantaylarından sonra İran dövlətinin xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı həyata keçirilib.

Terrorçunun səfirliyə daxil olan zaman səfirliyin mühafizəsini təmin edən polisi zərərsizləşdirməməsi və polisin terrorçuya qarşı heç bir addım atmaması terrorun planlı, dövlət tərəfindən həyata keçirilməsinə sübutdur. Terrorda səfirliyin bir əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb. Bir neçə gün öncə Tehran və İrəvanın qardaşlaşmış şəhər olduğunu, Ermənistanın baş nazirinin həyat yoldaşının İranda müqəddəs hesab olunan Qum şəhərinə səfər etdiyini nəzərə alsaq İranın qardaşı ermənilərə görə Azərbaycana qarşı bu cür alçaq terror hücumu gözlənilən idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra İran dövləti Azərbaycana qarşı açıq düşmənçilik və terror siyasəti yürüdür. İran fars rejminin terrorçu mahiyyəti İranda yaşayan insanlar tərəfindən də qəbul olunmur, rejimə qarşı açıq mübarizə başlayıb. Dünyanın əksər ölkələri İranı rəsmən terrorçu dövlət kimi tanıyır. İran terrorçu rejimi 50 milyonluq Vahid Azərbaycan qurulmasının qarşısını almaq imkanında deyil.

NUH informasiya agentliyi səhifəsindən çap edilib