Dərc edilib: 31-01-2023

https://www.nuh.az/33758-.html

Prezident TAZƏ nazir müavini təyin etdi

31.01.2023 22:19:23

Dünya

Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. 

Sərəncama əsasən, bu vəzifəyə Həsən Həsənli təyin olunub.

Qeyd edək ki, Həsən Həsənli Elm və Təhsil Nazirliyində nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyunundan 2023-cü il yanvarın 30-dək nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib